Mixalkov Azərbaycana qarşı: Qusmanı “beşinci kolon” elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Mixalkov Azərbaycana qarşı: Qusmanı “beşinci kolon” elan etdi

Siyasət

26 İyul 2026 11:40 232


Lavrovun “media atəşkəsi” vədi yenidən puça çıxdı

Nikita Mixalkov “Besoqon” adlanan müəllif proqramında Rusiyadakı “beşinci kolon”dan danışarkən Mixail Qusmanı hədəfə çıxarıb.

“Yeni Sabah” Musavat.com-a istinadən xəbər verir ki, Mixalkov Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Beynəlxalq Media Forumunda Qusman haqda çıxışının bu hissəsini efirə verib. Dominos pizza

Sitat: “Mixail Qusmanı tanımayanlar üçün qeyd edərdim: o, Azərbaycan xalqının layiqli oğludur. Özü də dediyi kimi, təxminən 40 il Rusiyada ezamiyyədə olub, amma Azərbaycanla əlaqəni heç vaxt kəsməyib, həmişə bizimlə birlikdə olub, daim uğurlarımıza sevinib və çətinliklərə şərik olub”.

 Bundan sonra Mixalkov Qusmanı “gizli agent” adlandırıb.

O, Qusmanın Rusiyada TASS agentliyində uzun müddət rəhbər post tutduğunu deyib, ona bu illər ərzində yaşadığı ölkənin hansı orden və meddallarının verildiyi sıralayıb.

“2025-ci ildə isə görünür, ona verilmiş tapşırıqları yerirə yetirərək öz tarixi vətəninə qayıdıb” deyə, o heç bir əsası olmadan həm Azərbaycan, həm də ölkəsinin hüdudlarından çox-çox kənarda da tanınmış jurnalistə qara yaxmağa çalışıb.

Sirr deyil ki, Mixalkov son illərdə film çəkmək peşəsini buraxıb, Kremlin ideoloji təbliğatına xidmət edən əsas fiqurlardan birinə çevrilib. Mixalkovun bu hədyan çıxışı Kremlin informasiya siyasətində Azərbaycana “atəşkəs təklif” etdiyi vaxta təsadüf etməsi diqqət çəkir.

Belə ki, bir neçə gün əvvəl Moskvada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkənin informasiya məkanındakı mənfi fondan gileylənmişdi. Nazirin sözlərinə görə, iki ölkənin kütləvi informasiya vasitələri arasında birbaşa əməkdaşlıq müxtəlif anlaşılmazlıqların aradan qaldırılmasına və hadisələrin daha obyektiv təqdim edilməsinə xidmət edə bilər.

“Biz maraqlıyıq ki, iki ölkənin media qurumları arasında birbaşa əlaqələr müxtəlif anlaşılmazlıqları aradan qaldırsın və münasibətlərin obyektiv işıqlandırılmasını təmin etsin. Təəssüf ki, bu münasibətləri hər iki tərəfdən mənfi şəkildə təqdim etmək istəyənlər kifayət qədərdir”, – deyə, Lavrov vurğulamışdı.

Yada salaq ki, 2022-ci il 22 fevralında iki ölkə rəhbəri arasında Moskvada imzalanmış müttəfiqlik haqqında bəyannamənin 41 və 42-ci bəndlərində də tərəflərin media, humanitar və informasiya sahəsində əlaqələri inkişaf etdirməsi, obyektiv informasiya mühitinin təşviq olunması və qarşılıqlı informasiya əlaqələrinin dəstəklənməsi nəzərdə tutulur.

Amma elə həmin ilin iyununda “RİA Novosti” agentliyinin Azərbaycanın ərazi bütövlüyünə zidd material yaydı, rəsmi Bakı buna etiraz olaraq onları ölkəmizdə blokladı (hələ də davam edir). Bu cür anti-Azərbaycan ritorikası Rusiya mediasında davamlı olaraq müşahidə edilir. Elə çox da uzaq olmayan keçmişdə “Rossiya 1″ dövlət telekanalında yayımlanan reportajda hazırda Ukraynada döyüşən ermənilərin geyimində ”artsax” yazılı şevronlar və separatçı simvollar nümayiş etdirilib.

Mixalkovun dövlətin maliyyələşdirdiyi kanalda Azərbaycanı Rusiyada “beşinci kolon” yaratmaqda günahlandırması cəhdi əslində Lavrovun verdiyi sözünün heç bir mötəbərliyinin olmadığına da işarədir. Rəsmi Bakının məsələyə reaksiyası hələ yoxdur.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə Mixalkovu ölkələr arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Mixalkovu “Dostluq” ordeni ilə təltif edib. Mixalkovun dostluğa cavabı da ilk dəfə deyil ki, bu qədər qərəzli olur.

Nəhayət, bir repklika ilə yekunlaşdıraq. Mixalkov ənənəvi olaraq proqramın sonunda “stop”ka vurur. Belə görünür ki, bu dəfə Mixalkov arağı əvvəldən, həm də çox vurub…


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!