2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir.
“Yeni Sabah” xəbər verir ki, təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir.
Əməliyyat təlimi çərçivəsində eyni vaxtda müxtəlif təlim mərkəzlərində və poliqonlarda hərbi hissələrlə döyüş atışlı taktiki təlimlər və taktiki-xüsusi təlimlər, döyüş atışları keçirilib, təminat tapşırıqları praktiki olaraq işlənib. Sezar pizza
Təlimin gedişində döyüş fəaliyyətlərinin yeni üsul və metodları sınaqdan keçirilib, komandirlərin müstəqil qərar qəbuletmə səriştələri, şəxsi heyətin yüksək dağlıq və meşəlik ərazilərdə, yaşayış məntəqələrində döyüşaparma bacarıqları və çöl vərdişləri təkmilləşdirilib.
Telegram kanalımız