“Molde“nin zədəli kapitanı “Qarabağ“a qarşı oynayacaq?  - AÇIQLAMA
16 Sen 2020 10:12
280

“Molde“nin zədəli kapitanı “Qarabağ“a qarşı oynayacaq? - AÇIQLAMA

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Norveç "Molde"sinin kapitanı Maqnus Eykrem zədəsini sağaldıb.

Yenisabah.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə sabahkı oyuna tam hazırdır.

Norveçli futbolçu turnirin II təsnifat mərhələsinin Sloveniya "Tselye"si ilə səfər matçında (2:1) topuğundan zədə almışdı.

Kiprin Larnada şəhərindəki "AEK Arena"da oynanılacaq "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər