Moldova paytaxtında etiraz mitinqi - “Dilin adı dəyişdirilməsin“

saytların hazırlanması

Evə çatdırılma

Moldova paytaxtında etiraz mitinqi - “Dilin adı dəyişdirilməsin“

Dünya

06 Mart 2023 17:22 590


Kişineuda müxalif kommunistlər və sosialistlər Konstitusiya Məhkəməsi qarşısında “Moldova dili” adının “rumın dili” adlandırılmasına etiraz olaraq aksiya keçiriblər.

Yenisabah.az “Interfax”a istinadla xəbər verir ki, aksiyada yüzdən çox müxalifət tərəfdarı iştirak edib. Onlar “Moldova, moldavanlar, moldavan dili”, “Moldovanın dövlət dili moldavan dilidir. Konstitusiyanın 13-cü maddəsi” plakatları və dövlət bayraqları ilə gəliblər. Aksiya iştirakçıları “Konstitusiyaya əməl edin!” şüarını səsləndiriblər.

Xatırladaq ki, Martın 2-də Moldova parlamenti “Moldova dili” adının “rumın dili” kimi dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Bütün qanunvericilik aktlarında, o cümlədən Konstitusiyada dilin adı dəyişdiriləcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!