Moldova rus diplomatı ölkədən qovur 

saytların hazırlanması

Evə çatdırılma

Moldova rus diplomatı ölkədən qovur 

Dünya

19 Aprel 2023 14:02 730


Moldova Rusiya səfirliyinin bir diplomatını "arzuolunmaz şəxs" elan edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat katibi Daniel Voda məlumat verib. 

O qeyd edib ki, daha iki rus diplomat Kişinyov beynəlxalq hava limanında akkreditasiyadan məhrum ediləcək. Həmçinin bildirilib ki, aprelin 19-da Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov ölkənin Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinə dəvət olunacaq və ona nota təqdim ediləcək.  Dördpendirli pizza

Qərarın Tatarıstan rəhbəri Rüstəm Minnixanovun Moldovaya girişinin qadağan edilməsi barədə rus diplomatların davranışı ilə əlaqəli olduğu açıqlanıb. 

Xatırladaq ki, aprelin 18-də bir neçə əcnəbi vətəndaşın Moldova dövlət sərhədini keçmək üçün icazə şərtlərinə cavab vermədiyindən ölkəyə girişi qadağan edilib. Onların arasında Rusiya Federasiyasının Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov da var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!