Moldovanın keçmiş prezidentləri və baş nazirləri dövlət himayəsindən istifadə hüququnu itirə bilər.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə parlamentdə birinci oxunuşda təsdiq etdiyi qanun layihəsində deyilir.
İndi eks-prezidentlər ömürlük, keçmiş baş nazirlər və spikerlər vəzifədən getdikdən sonra bir il müddətinə dövlət müdafiəsi hüququna malikdirlər. Müzakirə olunan qanun layihəsində eks-prezidentlər, baş nazirlər və spikerlər istefa verdikdən sonra Dövlət Mühafizə Xidmətinin xidmətlərindən istifadə hüququnun ləğv edilməsi nəzərdə tutulur. pizza
Qanun layihəsini parlamentə hakim PAS partiyasından olan deputat, təhlükəsizlik və müdafiə üzrə parlament komissiyasının sədri Lilian Karp təqdim edib. O, qeyd edib ki, bu kateqoriyaların dövlət təhlükəsizlik xidmətlərindən istifadə edən şəxslərin siyahısından çıxarılması “xərclərin azaldılmasına və dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına yönəlib”.
Telegram kanalımız