Moskvaya gecə saatlarında kütləvi PUA hücumu olub

saytların hazırlanması

Evə çatdırılma

Moskvaya gecə saatlarında kütləvi PUA hücumu olub

Dünya

16 Avqust 2026 09:45 38


Moskva və Moskva vilayəti gecə saatlarında kütləvi PUA hücumuna məruz qalıb.

APA xəbər verir ki, Moskva merinin açıqlamasına görə, axşam saatlarından səhərdək region istiqamətində 600 PUA uçub. Onlardan 201-nin Moskva vilayəti ərazisində məhv edildiyi bildirilib.

Hücumlardan sonra Podolsk yaxınlığındakı Koledino qəsəbəsində “Wildberries” şirkətinin logistika kompleksində güclü yanğın başlayıb. Bildirilir ki, sahəsi 200 min kvadratmetrdən çox olan obyekt şirkətin Rusiyadakı ən böyük anbarıdır. Pepperoni pizza

Moskva vilayətinin Domodedovo rayonunda yerləşən digər iri logistika mərkəzində də yanğın baş verdiyi qeyd olunur.

Hadisələrin miqyası və mümkün itkilər barədə hələlik ətraflı məlumat verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!