“Mübarizə aparsaq da, məğlub olduq” - Qurban Qurbanov
27 Noy 2020 01:07
678

“Mübarizə aparsaq da, məğlub olduq” - Qurban Qurbanov

“Futbolçularım qələbə qazanmaq üçün hər şeyi etdilər”.

Yenisabah.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda Türkiyə klubu “Sivasspor”la keçirilən oyun barədə danışarkən deyib.

İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda baş tutan matçda rəqibinə 2:3 hesabı ilə məğlub olan Azərbaycan çempionunun qrupda qalacağı dəqiqləşib.

Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Mübarizə aparsaq da, məğlub olduq. Futbolda belə hallar olur. “Sivasspor”u təbrik edirəm. Yaxşı bir matçda qələbə qazandılar. Məğlubiyyətə üzülürəm. “Sivasspor”a digər görüşlərdə uğurlar arzulayıram. Onların təcrübəsi daha çox idi və fürsətlərdən yararlandı. İki oyunumuz qalır. Bir həftə sonra burada “Makkabi”ni qəbul edəcəyik. Ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq. Qrupdan çıxmaq şansımız qalmasa da, oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq. Gəncləri oynatmaq çox önəmlidir”.

Baş məşqçi heyətlə bağlı ciddi problemlərin olduğunu da sözlərinə əlavə edib: “Dəyişiklik edə bilmirdik. 1-2 futbolçumuz sağlam olsaydı, oyunu sürətləndirə bilərdik. Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”.  /Apasport

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər