Müctəba Xameneinin seçilməsinə dair bəzi sirlər üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Müctəba Xameneinin seçilməsinə dair bəzi sirlər üzə çıxdı

Dünya

02 İyun 2026 15:01 94


"Ali Rəhbərin xələfini seçmək üçün keçirilən ilk iclasda Müctəba Xameneinin adı siyahıda yox idi".

"Yeni Sabah" BBC-yə istinadla xəbər verir ki, bunu İran Ekspertlər Məclisinin Xuzestan əyalətindən olan üzvü Ayətullah Möhsün Heydəri Əl-Kəsir bildirib.

Onun sözlərinə görə, təxminən 80 gün əvvəl Məclis üzvləri avtobusla iclas yerinə aparılıb. Ünvana gediş ifrat ciddi təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. Dördpendirli pizza

Əl-Kəsir qeyd edib ki, iclasda namizəd olaraq əvvəlcə 2 nəfərin adı hallanıb: Sadeq Laricani və Əlirza Ərafi.

Özü və bir sıra nümayəndənin etirazından sonra Müctəba Xameneinin adı da siyahıya salınıb.

Tehranın imam-cüməsi Əhməd Xatəmi isə bildirib: "Elə adamı Ali Rəhbər seçməliyik ki, onun adı gələndə həm Tramp, həm də Məhəmməd Xatəmi (İranın sabiq prezidenti - red.) ah çəkib narazı qalsınlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!