4 İyul - 03:34
Müdafiə naziri: “Ukrayna yeni artilleriya qurğuları alıb“

Müdafiə naziri: “Ukrayna yeni artilleriya qurğuları alıb“

Dünya

28 May 2022 14:01 560


Ukrayna artıq M109 özüyeriyən artilleriya qurğusunun modifikasiyalarından birini alıb. 

”Report” “Ukrinform”a istiandən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov feysbuk səhifəsində yazıb.

“Bu xəbəri elan etməyə şadam. M109 özüyeriyən topların modifikasiyalarından biri artıq Ukraynaya gəlib. Bu, çox keyfiyyətli texnikadır”, - o qeyd edib.

Nazir xatırladıb ki, ukraynalı müdafiəçilər artıq cəbhə xəttində üç növ 155 mm-lik artilleriyadan - M777 haubitsası, FH70 haubitsası və SEZAR özüyeriyən silahlarından istifadə edirlər.

O.Reznikov vurğulayıb ki, bu raketlərin verilməsi həm də bir neçə dövlət arasında əməkdaşlığın nəticəsi olub.

O, ABŞ-ın Ukraynada müxtəlif tipli 100-dən çox pilotsuz uçuş aparatının olduğunu da söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!