Müdafiə Nazirliyi məlumat yaydı: Sərhəddə erməni təxribatı davam edir

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı: Sərhəddə erməni təxribatı davam edir

Siyasət

31 Mart 2025 18:51 660


Martın 31-də saat 11:10-da Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.

Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!