Müğənni Elnarə ərindən boşanıb?   - Özü danışdı

saytların hazırlanması

Evə çatdırılma

Müğənni Elnarə ərindən boşanıb? - Özü danışdı

Şou

15 İyul 2022 16:11 71450


Müğənni Elnarə Xəlilova kiçik oğlunun doğum gününü qeyd edib. 

Doğum günündə müğənninin rəfiqələri  iştirak etsələr də, həyat yoldaşı Rövşən Cahangirovun həmin gün yanlarında olmaması müzakirələrə səbəb olub. 

Mətbuatda sənətçinin həyat yoldaşı ilə ayrıldığı barədə iddialar səslənib. Toyuqlu pizza

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən E.Xəlilova yazılanların şayiə olduğunu bildirib.

Sənətçi hazırda ailəsi ilə birgə istirahətdə olduğunu deyib:

“Deyəsən, saytlar yayda çox bekar qalıblar. Mövzu yoxdu manşetə çıxarmağa. Məncə, bu şayiəni yazanlara bir az istirahət lazımdır. Hal-hazırda mənim ailəmlə istirahətdə olduğum kimi”.

Qeyd edək ki, Elnarə Xəlilova 2006-cı ildən Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirovla ailəlidir. Cütlüyün dörd övladı var. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!