Müğənnilərin “brend geyim” davası: Röya Ayanı dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

Müğənnilərin “brend geyim” davası: Röya Ayanı dəstəklədi

Şou

13 Dekabr 2023 12:40 733


Xalq artisti Röya Ayxan müğənni Ayan Babakişiyevanın brend geyinən müğənnilərlə bağlı sözlərinə münasibət bildirib. 

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, “Söz baz” verilişinə müsahibə verən müğənni həmkarının sözlərini bəyəndiyini deyib: “Eşitdim və xoşuma da gəldi. Ayanı onsuz da çox istəyirəm, maraqlı qızdır”. 

R. Ayxanın sözlərinə görə, əslində, brend geyinən başqa müğənnilər də var: “Amma bu onlarda, doğrudan da, görünmür. Mən isə populyar olmayan, ucuz bir markadan geyinsəm, o məndə marka kimi görünəcək. Məncə, ən önəmlisi onu daşıyanlardır. Düşünürəm ki, onu çox gözəl daşıyıram. Adam da var ki, marka geyinib, amma heç hiss etmirsən. Onu da əzməyə ixtiyarımız yoxdur”. Sezar pizza

Xatırladaq ki, bir müddət əvvəl müğənni A. Babakişiyeva Azərbaycanda müğənnilər arasında Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, müğənni Gülay Zeynallı və özündən başqa bahalı brend geyinən sənətçinin olmadığını demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!