Mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub
26 Yan 2021 12:38
199

Mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub

Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbi qulluqçusu şəhid olub.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, müharibə zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb:

"Hərbi qulluqçularımızın göstərdiyi yüksək peşəkarlıq Ali Baş Komandan tərəfindən qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib. Bundan başqa Müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçu medalla təltif edilib". (Trend)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər