Musa Qurbanlının komandası uduzdu 

saytların hazırlanması

Evə çatdırılma

Musa Qurbanlının komandası uduzdu 

İdman

07 Fevral 2024 11:37 732


Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" (İsveç) mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirib. 

Yenisabah.az xəbər verir ki, Kanar adalarında təlim-məşq toplanışında olan komanda İsveçin digər yüksək liqa təmsilçisi "Myallbu" ilə qarşılaşıb. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Musa Qurbanlı fasilədən sonra meydana daxil olub və sona qədər oynayıb.  pizza

Qeyd edək ki, İsveçdə daxili çempionata ötən ilin noyabr ayında yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub. Yeni mövsümə isə martın 31-də start veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!