25 May - 23:28
“Müsəlmanlar bu Yeni ili bayram kimi qeyd etmir” – SƏBƏB

“Müsəlmanlar bu Yeni ili bayram kimi qeyd etmir” – SƏBƏB

Din

25 Dek 2021 11:59


“İmam Əlinin həyat yoldaşı, Peyğəmbər qızı xaım Zəhranın hörmətinə bu Yeni ili bayram kimi qeyd etmir, bayram əhval ruhiyyəsi, sevinmək, deyib-gülməkdən uzaq qaçırıq”.

Bu sözləri Yenisabah.az-a İlahiyyatçı Məddah Hacı Rahim deyib. O müsəlmanların hər şeyə “qadağandır” demədiyini, sadəcə Allah nəyi qadağan edibsə, onun qadağan edildiyini bildirib:

“İslam mədəniyyətində, qanunlarında və məntiqində bayramda eyş-işrət, çalıb oynamaq, içki məclisi yoxdur. Ümumiyyətlə, bu tipli bayramlarda hansı bayram olmağından asılı olmayaraq, çalğı, oxuyub-oynamaq, şərab kimi içkilər olacaqsa, İslam bunu qadağan edir. Hansı bayram olursa, olsun əgər müsəlman adət-ənənəsinə uyğundursa, onu keçirməyin heç bir problemi yoxdur. Buna heç bir qadağa qoyulmur, amma yenə təkrar edirəm, müsəlman adət-ənənəsinə uyğun deyilsə, buna icazə verilmir”.

H.Rahim bu il bayramın Məhəmməd peyğəmbərin qızının şəhid olduğu günlərə təsadüf etdiyi üçün müsəlmanların bayram qeyd etmədiyini deyir:

“Niyə məhz bu il sosial şəbəkələrdə “Bu profilin sahibi Yeni il qeyd etmir” yazırlar? Çünki bu il şəhidlər şəhidi, şəhidlər ağası, bütün dünyada insanlıq uğrunda şəhid olan bir şəxsiyyət – Həzrəti İmam Hüseyn əleyhissalamın anası Həzrəti Fatimeyi Zəhranın şəhid olan günləridir. Bu Yeni il xanım Zəhranın şəhid olan günlərinə təsadüf etdiyi üçün onu imamətin anası kimi qəbul edən şəxslər bayramı qeyd etmir və bayram süfrəsi açmırlar.

Tarixdə bu şəhadət il dönümü iki hadisəyə təsadüf edir, birincisi dekabrın 17, 18 və 19 –na, ikinci mənbəyə görə isə bu şəhadət yanvar ayının əvvəlinə düşür. 

Ona görə müsəlmanlar bu rəvayətlərdəki iki tarix arasında olan 20 günü əzadarlıq günü kimi saxlayırlar və xanım Zəhranın hörmətinə görə bu müddət ərzində bayram qeyd etmirlər, bayram əhval ruhiyyəsi, sevinmək, deyib-gülməkdən uzaq qaçırlar. 

Onlar Peyğəmbər qızının, İmam Əlinin xanımının, 11 imamın anasının xatirinə bayram etmirlər. Həmin ərəfədə Kərbəla şəhidlərini Məhərrəm ayında yad edib, 60 gün şən əhval ruhiyyədən qaçdığımız kimi, bu 20 gündə də qaçırıq”.

Əsmətxanım

 


Youtube kanalımız


Digər xəbərlər