Müştərisinə qarşı dələduzluq edən taksi sürücüsünə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Müştərisinə qarşı dələduzluq edən taksi sürücüsünə hökm oxundu

Kriminal

09 İyun 2025 17:41 288


Səngəçal terminalına işə düzəldəcəyini vəd edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən taksi sürücüsünə hökm oxunub.

Yenisabah.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə olunan İ.R.-ə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 7 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, zərərçəkmiş H.Q. müştəri kimi taksi fəaliyyəti ilə məşğul olan İ.R.-in maşınına minib. Yolda H.Q. işindən narazılıq edib. Taksi sürücüsü onu Səngəçal terminalına işə düzəldə biləcəyini deyib. H.Q. ona inanaraq bir neçə gün sonra görüşüb. İ.R. ona 1000 manat müqabilində işini həll edəcəyini deyib. Zərərçəkmiş razılaşıb və deyilən məbləği ona verib. pizza

Lakin İ.R. verdiyi vədi yerinə yetirməyin. H.Q. hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə prosesi zamanı İ.R. verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!