“Müşviqdən soruşun ki, niyə belə elədin?”   - Bəhramdan reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Müşviqdən soruşun ki, niyə belə elədin?” - Bəhramdan reaksiya

Şou

24 Yanvar 2022 12:22 75687


Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsiylə bağlı müzakirələr davam edir.

Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər səngimək bilmir.

Sosial şəbəkə istifadəçiləri Müşviq Abbasovu boykot etməyə səsləyirlər. Pepperoni pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə komandanın adının dəyişdirilməsi məsələsinə qarışmaq istəmədiyini bildirib:

“Mən xəstəyəm deyə bir çox mövzuya reaksiya verə bilmirəm. Söhbət 2000-ci ilin KVN-dən getsəydi, mən cavab verməyə hazır idim. Necə əsrin çempionu olmuşuq, bu barədə danışardım. Sonuncu dəfə 20 il bundan qabaq  KVN-də oynamışam, artıq illərdir oynamıram. Komandanın adının dəyişdirilməsi ilə bağlı oradakı iştirakçılara, təşkilatçılara sual verilməlidir. Müşviqdən soruşun ki, “Ay Müşviq, niyə belə elədin?” O, cavab versə, lap yaxşı olar”.  

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Musviq nece olkeye donecek xalqin uzune nece cixacaq.men deyerdim ki sen kime xidmet edirsen?
    4 years ago
  • Zülfüqar
    Aydınla mən lap şərik, düz yerində vurğulayıb.
    4 years ago
  • Aydin
    Müşviq öz adinda erməni adina dəyişə bilər.. Amma xalqi təhqir etdiyi üçün cəzalanmalidir
    4 years ago