Qətərdən olan adı açıqlanmayan özəl investorlar İngiltərənin ən titullu futbol klublarından biri olan "Mançester Yunayted"i almaq üçün səxavətli təklif irəli sürməyə hazırlaşırlar.
Yenisabah.az "Daily Mail" istinadla xəbər verir ki, bu barədə mənbələr bildirib.
İnvestorlar əmindirlər ki, təkliflərinin həcmi bütün digər rəqibləri oyundan kənarlaşdıracaq.
“Qırmızı şeytanlar”ın alınmasına ictimai marağını daha əvvəl İngiltərənin ən zəngin adamı və komandanın uzun müddətdir fanatı olan Cim Ratkliff ifadə etmişdi.
"Mançester Yunayted"in səhmləri Nyu-Yorkda bu xəbərdən əvvəl 12,7% bahalaşıb.
Noyabr ayında Səudiyyə sərmayədarlarının bu kluba və "Apple" korporasiyasına mümkün maraq barədə məlumat yayılmışdı.
Klubun bazar kapitallaşması təqribən 3,5 milyard dollardır.Daha əvvəl bildirilmişdi ki, komandanın hazırkı sahibləri, amerikalı iş adamları Qleyzer qardaşları bunun üçün təxminən 6 milyard funt-sterlinq (7,3 milyard dollar) alacaqlarını gözləyirlər.
Qətərli iş adamları artıq bir məşhur Avropa futbol klubuna sahibdirlər - "Qatar Sports Investments 2011-ci ildə Fransanın "Paris Saint Germain" klubunu alıb.
UEFA qaydalarına görə, bir-birinə qarşı oynayan komandalar eyni sahibə aid ola bilməz və Mançester avrokuboklarda müntəzəm olaraq PSJ ilə qarşılaşır. Buna uyğun olaraq digər investorlar da ingilis klubunun alınması üçün müraciət edirlər.
Bu mövsüm “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində üçüncü yerdədir. Komanda həmçinin gələn həftə Avropa Liqasının pley-off mərhələsində “Barselona” ilə qarşılaşmağa vəsiqə qazanıb.
Telegram kanalımız