Nadir Qafarzadə: “Dünənki uşaqlar deyilik ki...“

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadə: “Dünənki uşaqlar deyilik ki...“

Şou

06 Oktyabr 2021 12:25 1396


Rusiyaya birdəfəlik köçməyi barədə söz-söhbət yayılan müğənni Nadir Qafarzadə iddianı təkzib edib.

İfaçı Yenisabah.az-a açıqlamasında Bakıda olduğunu deyib:

“Xeyr, bu doğru məlumat deyil. Hələ köçməmişəm, amma ola bilər ki, gələcəkdə birdəfəlik köçüm. Fəaliyyətimi burada davam etdirirəm. Hazırda Bakıdayam”. pizza hut

Müğənni həmkarı Rəqsanənin məşhur ifası “Bivəfa”nı oxumasından da danışıb:

“Bivəfa” mahnısını oxuyan dördüncü adamam. Birinci özbək müğənnisi Azadə olub, daha sonra Rəqsanə İsmayılova, sonra CİN (Ceyhun Zeynalov), bu dəfə də mən oxudum. Hər ifa tamam fərqli janrlarda və özünəməxsusdur. Mən də bu mahnıya fərqli tərzdə yanaşdım, çalışdım ki, mahnını yenidən gündəmə gətirim. Fərqli obrazda, bir az müasir ritmlərdə təqdim etdim. Düşünürəm ki, qəbul edən edəcək, etməyən də özü bilər.

Təbii ki, həmişə birinci ifalar daha çox yadda qalır, bunu bilirəm və çox normal yanaşıram. Sadəcə ürəyimdən keçdi, mən də “Bivəfa”nı ifa etdim, burada heç bir qəbahət yoxdur. Bunu nə pul-para üçün, nə də başqa şey üçün etməmişəm, istədim görüm bu mahnı belə ritmlərdə necə alınar. 

Rəqsanə xanım da mahnını dinlədi, reaksiyası normal oldu. Bizim aramızda belə söhbətlər ola bilməz, illərin dostuyuq, dünənki uşaqlar deyilik ki, mahnıya görə bir-birimizə nəsə deyək. Münasibətlərimiz yaxşıdır”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!