Azərbaycanı tərk edən məşhurların sırasına müğənni Nadir Qafarzadə də qoşula bilər.
Yenisabah.az xəbər verir ki, pandemiya ərəfəsində günlərinin çoxunu Rusiyada keçirən Nadir bu ölkəyə birdəfəlik köçə bilər:
"Gələcəkdə burada yaşamağı düşünürəm. Burada çox rahatam. Rusiyada əsəbsiz, stressiz, sakit bir həyat var. Artıq bəlli bir yaşım var... Qürbətdə çox qala bilmirəm. İndi oğlumun yanındayam. Tezliklə Bakıya qayıdacam. Rusiyaya köçməyə qəti qərar verməsəm də, düşünürəm... Zaman göstərər" - deyə populyar müğənni bildirib. Marqarita pizza
Telegram kanalımız