Kolumbiyanın San Pablo şəhəri yaxınlığında naməlum şəxslər Kolumbiya prezidenti Qustavo Petronun El-Tara bölgəsinə olan səfərinin qarşısını almaq üçün bölgəyə gedən hökumət konvoyuna atəş açıb.
Yenisabah.az yerl KİV-ə istinadla xəbər verir ki, atışmaya səbəb avtomobil sürücüsünün ərazidə yerləşən keçid məntəqəsinə məhəl qoymamasıdır. Hazırda hakimiyyət orqanları bu hadisənin araşdırılması ilə məşğuldur.
O da məlumdur ki, hadisə zamanı hücumu həyata keçirən şəxslər hökumət maşınlarından birinin sürücüsünü qısa müddətə ələ keçirib, sonra isə sərbəst buraxıblar. pizza mizza
"Hücum həmin bölgədə fəaliyyət göstərən istənilən qeyri-qanuni silahlı qruplaşmanın nümayəndələri tərəfindən həyata keçirilə bilər", - deyə Kolumbiya polisi məlumat yayıb.
Telegram kanalımız