Narkoloji Mərkəzdəki yanğın işinə görə mağaza sahibi ifadə verib

saytların hazırlanması

Evə çatdırılma

Narkoloji Mərkəzdəki yanğın işinə görə mağaza sahibi ifadə verib

Kriminal

25 Yanvar 2019 22:54 1154


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elman Əhmədov ifadə verib.

O, təqsirləndirilən A.Məmmədovaya qarşı irəli sürülən rüşvət ittihamı barədə danışıb. Bildirib ki, 2013-cü ildən Mərkəzin yaxınlığında olan ərzaq dükanını işlədib, təqsirləndirilən M.Məmmədovun həkimi A.Məmmədova onun işlətdiyi mağazada xəstə üçün lazım olan məhsulları alıb: "Məhəmmədin oğlu Vahidi 2014-cü ildən tanıyırdım. O, atası üçün alınan ərzaq məhsullarının pulunu verirdi. Afət xanım da, əsasən, qənd, çay və toyuq əti alırdı".

Onun sözlərinə görə, Vahid Məmmədov tərəfindən mağazaya verilən pullardan A.Məmmədovaya heç nə çatmayıb, pulun yerinə həmişə ərzaq götürülüb.

Təqsirləndirilən M.Məmmədov isə söyləyib ki, ona hər həftə siqaret və digər məhsullar gətirilib.

Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonhu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.

 

Report

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!