NATO baş katibi Bakıda üç mühüm görüş keçirəcək 

saytların hazırlanması

Evə çatdırılma

NATO baş katibi Bakıda üç mühüm görüş keçirəcək 

Siyasət

16 Mart 2024 09:56 545


Xəbər verdiyimiz kimi, NATO-nun baş katibi Yens Stoltenberq sabah – martın 17-də Azərbaycana səfər edəcək. 

Yenisabah.az xəbər verir ki, Yens Stoltenberqin Bakıda hansı görüşlərdə iştirak etdəcəyi məlum olub. 

Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətindən bildirilib.  pizza mizza

Stoltenberq martın 17-də Bakıda prezident İlham Əliyevlə, martın 18-də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparacaq. 

Martın 18-də NATO-nun baş katibi Tbilisiyə yola düşəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşəcək. 

Martın 19-da Stoltenberq İrəvana səfər edəcək, orada prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək. 

Həmin gün NATO-nun baş katibi Ermənistanın baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edəcək. 

NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri martın 17-19-nu əhattə edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!