NATO-dan XƏBƏRDARLIQ: “Nüvə silahından istifadə təhlükəsi…”

saytların hazırlanması

Evə çatdırılma

NATO-dan XƏBƏRDARLIQ: “Nüvə silahından istifadə təhlükəsi…”

Dünya

19 Oktyabr 2022 08:25 799


Ukraynaya qarşı nüvə silahından istifadə riski azdır, lakin NATO bunu ciddi qəbul etməlidir.

"Report" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində Xarici Siyasət Forumunda çıxışı zamanı deyib.

"Ukraynaya hər hansı nüvə hücumu və ya nüvə silahından istifadə riski azdır, lakin təbii ki, mümkün nəticələr böyükdür. Ona görə də belə bir riskə ciddi yanaşmaq lazımdır", - Stoltenberq bildirib. Marqarita pizza

Stoltenberqin sözlərinə görə, Rusiya Ukraynada nüvə silahından istifadə etsə, ciddi fəsadlarla üzləşəcək.

“Rusiyaya xatırladırıq ki, nüvə müharibəsində qalib gəlmək olmaz”, - baş katib vurğulayıb.

Alyans rəsmisi söyləyib ki, NATO Rusiyanın hərəkətlərini diqqətlə izləməkdə davam edir:

“Biz hadisələrin istənilən mümkün inkişafına hazır olmalıyıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!