NATO erməni hərbçilərin qaytarılmasını alqışladı

saytların hazırlanması

Evə çatdırılma

NATO erməni hərbçilərin qaytarılmasını alqışladı

Maraqlı

07 Fevral 2022 17:37 676


NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 erməni hərbçini Ermənistana qaytarmasına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xavyer Kolomina "Twitter" hesabında yazıb.

“NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Doğrudan da yaxşı xəbərdir. Həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk. NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdardır. Bu, regionda sabitliyin və rifahın artmasına töhfə verəcək”, - xüsusi nümayəndə qeyd edib.

Xatırladaq ki, Azərbaycan 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!