NATO rəhbəri: “Avropa Ukraynaya dəstəyin bədəlini ödəyəcək”

saytların hazırlanması

Evə çatdırılma

NATO rəhbəri: “Avropa Ukraynaya dəstəyin bədəlini ödəyəcək”

Dünya

24 Avqust 2022 13:40 1090


NATO-nun baş katibi Yens Stoltenberq Avropanın Ukraynaya dəstəyin bədəlini ödəyəcəyini deyib.

“Yeni Sabah” xəbər verir ki, Stoltenberq bu barədə ZDF telekanalına müsahibəsində bildirib. 

O, açıqlamasında “Biz sanksiyalar nəticəsində və təbii ki, Rusiyanın enerjidən silah kimi istifadə etməsi nəticəsində Ukraynaya verdiyimiz dəstəyin bədəlini ödəyəcəyik, lakin biz başa düşməliyik ki, dəstəyimizə alternativ yoxdur”, - deyə bildirib. pizza hut

“Ukraynanı dəstəkləmək illərlə çəkə bilər, lakin bunun nəticələri olacaq”,- deyə Stoltenberq xəbərdarlıq edib.

“Təkcə hərbi sahədə deyil, sənayelər üçün də. Biz hasilatı artırmaslıyıq.  NATO olaraq bizim iki rolumuz var: biz yaxın tərəfdaş olan Ukraynanı dəstəkləməliyik. Digər vəzifə isə əmin olmaqdır ki, eskalasiya yoxdur" deyə o, 1949-cu ildə imzalanmış Vaşinqton Müqaviləsinin Alyansın hər bir üzvünə qarşı silahlı hücuma kollektiv cavab tədbirləri nəzərdə tutan 5-ci maddəsinə istinad edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!