Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu 

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu 

Sosial

30 Noyabr 2023 18:00 565


Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub. 

Muxtar Respublikasının Səhiyyə Nazirliyindən Yenisabah.az-a məlumata görə, qızılcaya yoluxan 6 sakinin 4-u ambulator, 2-i isə stasionar müalicə olunub. 

Bu xəstəliyə yoluxma halları isə Şahbuz (2 yoluxma), Babək (2 yoluxma), Şərur (1 yoluxma) və Kəngərli (1 yoluxma) rayonlarında qeydə alınıb. Yoluxan şəxslərin 3-ü qadın, 3-ü isə kişidir.  pizza sifarişi

Bildirilib ki, qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir: 

"Bu xəstələr həkimlər tərəfindən nəzarətə götürülür. Ağır xəstələr isə yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!