Naxçıvanda kriminal xəbərlər gizlədilməyəcək: İlk addım atıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda kriminal xəbərlər gizlədilməyəcək: İlk addım atıldı

Siyasət

31 Dekabr 2022 13:54 3534


Daxili İşlər Nazirliyi Naxçıvanda evdən oğurluq hadisəsinin baş verməsi haqda açıqlama yayıb.

“Yeni Sabah” bildirir ki, xəbərə görə Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 24-də şəhər ərazisindəki evlərin birindən televizor, kondisioner, kompüter, 3 ədəd xalça, qab-qacaq və balansında 3000 manat pul olan bank kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.Cəfərzadə müəyyən olunaraq saxlanılıb.

Bildirək ki, Vasif Talıbovun hakimiyyəti dövründə MR ərazisində baş verən kriminal hadisələr ictimailəşdirilimir, bu haqda rəsmi məlumatlar yayılmırdı. Yalnız ağır qətllərlə bağlı rəsmi olmasa da, qeyri-rəsmi olaraq mətbuatda xəbərlər yayılırdı. Amma xırda cinayətlər haqda mediaya hər hansı məlumatın çıxması mümkünsüz idi. 

Elə bunun nəticəsidir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin keçirdiyi kollegiya iclaslarında, hesabatlarda baş vermiş cinayətlərin 100 faiz olaraq üstünün açılması, Azərbaycan Respublikası ərazisində baş verən cinayət hadisələri ilə müqayisədə MR ərazisində 70 faiz az cinayət hadisəsinin baş verdiyi bildirilirdi. Bundan əlavə Naxçıvan MR DİN-nin rəsmi saytının “kriminal xronika” bölməsinə bir ədəd də olsun məlumat yerləşdirilmirdi.

MR-da baş verən son dəyişikliklər artıq informasiya sahəsində də özünü göstərməkdədir. Girişdə qeyd etdiyimiz oğurluq hadisəsi ilə bağlı yayılan rəsmi məlumat da bu istiqamətdə atılmış ilk addım sayıla bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!