İranın mərhum Ali Rəhbəri Xameneinin vida mərasimində Naxçıvan MR-ın Baş naziri Cabbar Musayevin niyə iştirak etmədiyinə aydınlıq gətirilib.
"Yeni Sabah" manset.az-a istinadla xəbər verir ki, nümayəndə heyətinin tərkibində Milli Məclis sədri Sahibə Qafarovadan başqa, Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev də yer alıblar.
Vida mərasiminin rəsmi hissəsində Cabbar Musayevin hansı səbəbdən protokolda yer almaması iddialar doğurub. pizza mizza
Baş nazir bunu texniki səbəblərlə izah edib:
"Bu barədə qarşı tərəfə rəsmi qaydada məlumat verildi. Vida mərasimində iştirak edənlərin sayı çox olduğu üçün sıxlıq vardı. Avtomobillər də hissə-hissə buraxılırdı. Hansısa siyasi səbəb yoxdur, problem təşkilati məsələlərlə bağlı idi. Ümumi olaraq mən ölkə adından kənarda başsağlığı verdim".
Telegram kanalımız