Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə polkovnik Şahin Mirzəyev təyin edilib.
Yenisabah.az bildirir ki, Şahin Mirzəyev daha əvvəl Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi olub.
Ş. Mirzəyev 16 aprel 1968-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.
Azərbaycan Texniki Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.
Telegram kanalımız