Şairə Nazilə Səfərli növbəti dəfə ana olacağıyla bağlı yayılan xəbərləri təkzib edib.
Yenisabah.az-a danışan şairə yayılan məlumatların yalan olduğunu bildirib:
“Yazırlar ki, “Boşanma xəbəri yayılan Nazilə Səfərli”. Nə boşanma? Kim boşanır? Yalandır. Bu yaşda da adam boşanar? İndi İstanbuldayam. Oğlum bilet alıb göndərdi. Bir az ağrıyıram, həkimə gəlmişəm. O ki, qaldı ana olmağımla bağlı xəbərə, “İnstagram”da paylaşdığım UZİ görüntüləri ailə üzvlərimdən birinindir. Kim olduğunu açıqlamaq istəmirəm. Tay-tuşum daşdan baxır, ana olan vaxtımdır? Təbii ki, zarafat edirəm qadın hər yaşda qadındır və gözəldir”. pizza sifarişi
Qeyd edək ki, bir müddət əvvəl N.Səfərli boşanması ilə bağlı xəbərlərlə gündəmə gəlmişdi.
Telegram kanalımız