Nazilə Səfərli: Məni ən azı 2 ay efirə çağırmayın

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Səfərli: Məni ən azı 2 ay efirə çağırmayın

Şou

12 Mart 2024 16:32 784


Şairə Nazilə Səfərli qonaq olduğu verilişlərin ucbatından ev işləri ilə məşğul ola bilməməsindən geleylənib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında danışan Səfərli prodüserlərdən onu efirə çağırmamalarını xahiş edib:

"Buradan üzümü bütün televiziyalarda çalışan prodüserlərə tuturam, sizdən artıq dərəcədə xahiş edirəm, məni ən azı 2 ay efirə çağırmayın. Marqarita pizza

İndi, bu sözlərimdən sonra bəzi insanlar deyəcək ki, minnətin olsun, sənətçilər efirə çıxmaqdan ötrü pul ödəyir, səni isə pulsuz çağırırlar və naz edirsən. Amma inanın ki, evdə qaşığın, çəngəlin, döşəmə taxtası və əskinin, zibil qabının, tozsoran aparatının yerini bilmirəm.

Evə gələn qonağı qarşılaya bilmirəm. Kimsə bizə qonaq gəlmək istəyəndə "efirdəyəm" deyib onu qəbul etmirəm. Heç bir işimi çatdıra bilmirəm. Elə başa düşürlər ki, bunu simicliyimdən edirəm. Novruz bayramı gəlir və evdə Allahın şəkərburası, paxlavası yoxdur. Efirdən çıxıb özümüzü evə leş salırıq. Halımız olmur. Bu şikayətlərimi dinləyin. Xətrinizə dəyə bilmirəm. Bir efirdən imtina etməyib gedəndə, digərinə getməyəndə artıq inciyirlər".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!