"Gürcüstanın guya tranzit funksiyasını itirməsi barədə danışmaq qeyri-ciddidir".
"Yeni Sabah" İmedi-yə istinadla xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Onun sözlərinə görə, region ölkələri Gücüstanın rolunu və dəyərini çox yaxşı anlayır və kiminsə gərəksiz rəqabəti qəsdən qızışdırması əsassızdır. pizza hut
Bağlantılar barədə danışarkən nazir bildirib ki, Gürcüstana coğrafi mövqeyini nəzərə almaqla əhəmiyyət verməmək mümkün deyil:
"Gürcüstan üçün bu funksiyanı yaxın qonşu ölkələr olmadan yerinə yetirmək çətindir. Buna görə də biz ilk növbədə region ölkələri ilə əməkdaşlığı daha da inkişaf etdirməliyik".
Telegram kanalımız