Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov ölkə prezidentinə müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, o öz müraciətində ona borclu olan şəxslərin pulunu geri qaytarmadığını deyib:
“Baxmayaraq ki, siz dəfələrlə göstəriş vermisiniz, amma mənimlə əlaqə saxlayan olmayıb. Mən dəfələrlə qeyd etmişəm ki, tapşırıqları yerinə yetirmək üçün banklardan kreditlər götürmüşəm, əmlaklarımı girov qoymuşam. Artıq bu əmlakların hamısını itirmişəm və bu gün hələ də banklara borcum qalmaqdadır. pizza sifarişi
Elə bu gün banklar icraçılara müraciət ediblər. Onlar da mənə müraciət edərək, bankların pulunun ödənilməsini tələb edirlər. Lakin mənim alacağım puldan heç bir xəbər yoxdur.
Cənab Prezident, mən 11 ildir ki, bu pulu mənə deyilən şəxslərə vermişəm. Amma bu pulları geri ödəmək üçün heç kim əlaqə saxlamıyıb.
Artıq dərəcədə xaiş edirəm mənə olan borcun ödənilməsi üçün göstəriş verəsiniz. Başıma gəlməyən oyunlar qalmıyıb. Keçən il müraciət etdim artıq bir il tamam oldu. Həm məni həbs etdilər, hələ də məhkəməm davam edir. Lakin bu məsələnin həlli deyildi. Sizdən xaiş edirəm bu pulun ödənilməsi üçün göstəriş verəsiniz”.
Telegram kanalımız