İstanbulda imzalanan və Ukrayna limanlarından taxıl və digər ərzaq məhsullarının ixracını nəzərdə tutan müqavilə 120 gün müddətində qüvvədə olacaq.
Yenisabah.az “Ukrinformia”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov məlumat verib:
“Sənəd imzalandığı gündən 120 gün müddətində qüvvədə olacaq və tərəflərdən biri ona xitam vermək niyyətini bildirməsə, eyni müddətə uzadıla bilər”. pizza sifarişi
Nazir Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarında fəaliyyət və nəzarətin Ukraynanın səlahiyyət və məsuliyyəti altında həyata keçiriləcəyini vurğulayıb:
"Yəni Ukrayna limanlarına nəzarət tamamilə Ukrayna tərəfində qalır. Taxıl və ona aid ərzaq məhsullarının ixracını təmin etməli olan gəmilər istisna olmaqla, hər hansı digər gəmilərin hərəkəti təmin edilmir".
Razılaşmalara əsasən, Ukrayna ərazi sularında bütün fəaliyyətlər Ukraynanın səlahiyyəti və məsuliyyəti altında həyata keçiriləcək.
Müqaviləyə əsasən, İstanbulda BMT-nin himayəsi altında Ukrayna, Türkiyə, BMT və Rusiya nümayəndələrinin iştirakı ilə Birgə Koordinasiya Mərkəzi (BMK) yaradılacaq ki, bu da ümumi monitorinq və icranın koordinasiyası ilə məşğul olacaq.
İnfrastruktur Nazirliyi vurğulayır ki, razılaşma sayəsində Ukrayna anbarlarda olan təqribən 20 milyon ton taxılı sürətlə ixrac, yeni məhsul üçün yer açacaq, həmçinin iqtisadiyyata əlavə valyuta gəlirləri cəlb edə biləcək.
Telegram kanalımız