"Tramp Marşrutu" (TRIPP) Cənubi Qafqaz iqtisadiyyatına yeni təkan və sülhün möhkəmlənməsinə isə töhfə vermək iqtidarında olan əhəmiyyətli layihədir.
"Yeni Sabah" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev yeddinci illik Xəzər Biznes Forumunda bildirib.
"TRIPP təkcə Cənubi Qafqaz regionu ölkələrinə iqtisadi dəstək verməklə və kommersiya dəyəri yaratmaqla kifayətlənməyəcək. TRIPP həm də regionda sülhün bərqərar olmasına, eləcə də bütün ölkələr üçün ümumi maraqların formalaşmasına kömək edən təşəbbüsün daha bir nümunəsi olacaq mühüm layihədir", - deyə Rəfiyev qeyd edib. Dominos pizza
Telegram kanalımız