Nazirlik erməni oyunçu ilə bağlı münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik erməni oyunçu ilə bağlı münasibət bildirdi

İdman

12 May 2019 12:19 1119


Gənclər və İdman Nazirliyi "Arsenal" komandasının erməni əsilli oyunçusu Henrix Mixtaryanın Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi barədə iddiaya münasibət bildirib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.

Nazirlik bu səbəbdən deyilənlərin heç bir reallığa sağmadığını vurğulayıb.

Qeyd edək ki, Avropa Liqasının finalı 29 mayda Bakı Olimpiya Stadionunda keçiriləcək. Həllledici görüşdə "Arsenal"ın rəqibi "Çelsi" olacaq.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!