Nazirlikdən Bakıda 60 ağacın kəsilməsinə reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən Bakıda 60 ağacın kəsilməsinə reaksiya

Hadisə

02 Aprel 2021 14:50 683


Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Yenisabah.az-ın məlumatına görə, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib.

O qeyd edib ki, hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Dominos pizza

Qeyd edək ki, Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!