Nəcməddin Sadıkovun bibisi nəvəsi ilə bağlı iddiaya rəsmi cavab

saytların hazırlanması

Evə çatdırılma

Nəcməddin Sadıkovun bibisi nəvəsi ilə bağlı iddiaya rəsmi cavab

Hadisə

13 Sentyabr 2020 08:04 2724


Xaricdə yaşayan bloqer Həbib Müntəzir feysbuk səhifəsində smartfon tipli telefondan istifadə edərək hərbi geyimdə fotosunu çəkən qadın haqda məlumat paylaşıb. İddia edib ki, həmin şəxs Müdafiə Nazirliyinin məxfi şöbəsinin giziri Məryəm Cərullayevadır. Onun sözlərinə görə, həyat yoldaşı Rusiya vətəndaşı olan qadın Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bibisi nəvəsidir.

“Yeni Sabah” xəbər verir ki, Qafqazinfo sözügedən iddialarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən Vaqif Dərgahlı cavab verib:

“Belə bir rütbədə, soyadda və adda şəxs Azərbaycan Ordusunda xidmət etmir, nə də ehtiyatda yoxdur”. Dördpendirli pizza

Qeyd edək ki, bir neçə gün əvvəl şəxsi smartfon telefondan istifadə edib ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndərən, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradan hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!