Ned Prays: Zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb

saytların hazırlanması

Evə çatdırılma

Ned Prays: Zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb

Dünya

14 Fevral 2023 07:53 619


Zəlzələnin görüntüləri dəhşətlidir, insanlara yardım üçün gecə-gündüz çalışırıq.

“Yeni Sabah” Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri gündəlik mətbuat brifinqində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

O qeyd edib ki, dağıntılara və insan tələfatı baxımından bu zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb. pizza mizza

ABŞ-ın Türkiyə və Suriyada axtarış, xilasetmə və yardım səyləri üçün əlavə avadanlıqlar və resurslar səfərbər etdiyini vurğulayan Prays çox çətin şəraitdə gecə-gündüz işləyən humanitar yardım qruplarının və xilasedicilərin inanılmaz fədakarlığını yüksək qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!