“Neftçi” Bakıda “Beşiktaş”a uduzdu

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” Bakıda “Beşiktaş”a uduzdu

İdman

10 Avqust 2023 23:15 1542


Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Yenisabah.az xəbər verir ki, "Neftçi" Bakıda Türkiyə "Beşiktaş"ını qəbul edib.

Qardaş ölkə təmsilçisi ilə oyun İstanbul klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Neftçi" indiyədək Avropa kuboklarında bir dəfə Türkiyə təmsilçiləri ilə qarşılaşıb. 2020-ci ilin sentyabrında pandemiya səbəbindən cəmi bir oyundan ibarət olan qarşılaşmada "ağ-qaralar" Bakıda "Qalatasaray"a 1:3 hesabı ilə uduzub və mübarizəni dayandırıb.

 

10 avqust

UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunu

21:00."Neftçi" - "Beşiktaş" (Türkiyə) - 1:3 

Qollar: Kilan Lebon, 79 - Vensan Abubakar, 14, Cekson Muleka, 22, Salih Uçan, 52 

Baş hakim: Lukas Fandrix

Bakı. "Neftçi" Arena"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!