Azərbaycanda lizinq şirkətlərinə nəzarət gücləndiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda lizinq şirkətlərinə nəzarət gücləndiriləcək

İqtisadiyyat

22 Aprel 2026 16:20 855


Azərbaycan Mərkəzi Bankı (AMB) lizinq şirkətlərinin fəaliyyətinə nəzarəti gücləndirəcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, "Maliyyə icarəsi haqqında" qanunun qəbulu onların üzərinə müəyyən əlavə tələblər qoyacaq: "Bu məsələdə əsas məqsədlərimizdən biri nəzarət yox, daha çox liberallaşmış yanaşma əsasında ölkə iqtisadiyyatına, sahibkarlıq, xüsusən də kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərməkdir. Bunun davamı olaraq strategiyamız qəbul olunacaq və öz tənzimləyici sənədlərimizdə bu istiqamətdə addımlar atmağı planlaşdırırıq". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!