10 gün dərs olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

10 gün dərs olmayacaq

Sosial

22 Aprel 2026 14:01 1116


Azərbaycanda məktəblilərin qarşıdakı istirahət günləri açıqlanıb.

“Yeni Sabah” Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ümumtəhsil müəssisələrində may-iyun aylarında şagirdləri bir neçə rəsmi tətil və qeyri-iş günləri gözləyir. Məlumata görə, bu müddətdə ibtidai siniflər üçün ayrıca istirahət günləri ilə yanaşı, bayramlara həsr olunmuş qeyri-iş günləri də olacaq.

May ayında tətil və qeyri-iş günləri:

• 1-5 may - ibtidai siniflər üçün bahar tətili

• 9 may - Faşizm üzərində Qələbə Günü

• 26-27 may - Qurban bayramı

• 28 may - Müstəqillik Günü

Bu tarixlərdə dərs prosesi dayandırılacaq və şagirdlər üçün rəsmi istirahət günləri olacaq.

İyun ayında:

• 12 iyun - orta məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Həmin gün ənənəvi olaraq dərs keçirilmir.

Qeyd edək ki, sadalanan tarixlərdən sonra məktəbliləri bu tədris ili üzrə son rəsmi tətil günləri gözləyir.

Bu da ümumilikdə 10 gün müddəti təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!