Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Neftçi” bu gün mərhələ adlasa, qrupa vəsiqə qazanacaq
28 İyl 2021 14:49
517

“Neftçi” bu gün mərhələ adlasa, qrupa vəsiqə qazanacaq

“Neftçi” bu gün Bakıda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.

Yenisabah.az xəbər verir ki, bu mərhələni adlayacağı halda Azərbaycan çempionu ən azı UEFA-nın 3 yarışından sonuncusu – Konfrans Liqasının qrupuna vəsiqəni təmin edəcək. Bu komandaların Afinadakı ilk görüşündə “Neftçi” 0:1 hesabı ilə uduzub. Cütün qalibi olmaq üçün “ağ-qaralar” 2 top fərqi ilə qələbə qazanmalıdır.

Bəs, “Neftçi” mərhələ adlasa, nə olacaq?

Qol.az-ın yazdığına görə, təmsilçimiz ÇL-in üçüncü mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets"  (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Əgər 3-cü mərhələdə də çempionumuz qalib gələrsə, bilindiyi kimi, ÇL-in pley-off mərhələsinə vəsiqə qazanacaq və ən azı Avropa Liqasının qrupuna vəsiqəni təmin edəcək. Yox, əgər 3-cü mərhələdə məğlubiyyət olarsa, mübarizə Avropa Liqasının pley-offunda davam etdiriləcək. Yeni qaydalara əsasən, Avropa Liqasının pley-off mərhələsinin iştirakçısı 2021/22 mövsümündən keçirilməyə başlayan UEFA Konfrans Liqası adlı yeni turnirin 4 komandalı qrupuna vəsiqə əldə edir. Yəni, "Neftçi" bu gün uğur əldə etsə, növbəti oyunların nəticəsindən asılı olmayaraq, ən azı Konfrans Liqasının qrupunda çıxış etmək hüququ qazanır.

“Neftçi” bu gün mərhələ adlamasa, nə olacaq?

Komandamız mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Bu mərhələdə rəqib artıq bəllidir. Bu, ÇL-in ikinci mərhələsində İsveç “Mölde”sinə uduzmuş HİK (Finlandiya) komandasıdır. “Neftçi” burada mərhələni keçsə, Avroliqanın pley-offuna vəsiqə qazanacaq. Bundan sonra proses yuxarıda qeyd edilən ssenari ilə davam edəcək. Yox, əgər çempionumuz HİK səddini adlamasa, bu halda da avrokuboklarda mübarizəni onun üçün bitmiş sayılmır. Bakı təmsilçisi Konfrans Liqasının pley-offuna düşəcək və orada qalib gələcəyi halda, həmin yarışın qrupuna vəsiqə sahibi olacaq.

Xatırladaq ki, hazırda Azərbaycanın üç klubu – “Keşlə”, “Qarabağ” və “Sumqayıt” Konfrans Liqasında yarışır. Komandalarımız turnirə ikinci mərhələdən qoşulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər