“Neftçi” darmadağınla liderliyə yüksəldi, “Qəbələ” uduzdu
03 May 2021 22:31
472

“Neftçi” darmadağınla liderliyə yüksəldi, “Qəbələ” uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Keşlə"nin qonağı olan "Neftçi"  3:0 hesabı ilə qalib gəlib.

Günün son qarşılaşmasında isə "Səbail" "Qəbələ"ni qəbul edib və minimal hesablı qələbə qazanıb - 1:0.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

 

3 may (bazar ertəsi)

18:00. “Keşlə” – “Neftçi” - 0:3

Qollar: Tərlan Quliyev, 38-avtoqol, Keysuke Honda, 74, Emin Mahmudov, 90+2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

“ASK Arena”

 

20:15. “Səbail” –“Qəbələ” - 1:0

Qol: Amil Yunanov, 62

Qırmızı vərəqə: Merab Qiqauri, 52-iki sarı vərəqə ("Qəbələ")

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev

“ASCO Arena”

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər