“Neftçi” – “Sperantsa” matçının biletləri satışda

“Neftçi” – “Sperantsa” matçının biletləri satışda
İyul 15, 2019
Oxunma sayı: 88

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Sperantsa” oyununun biletləri bu gündən satışda olacaq.

“Yeni Sabah” xəbər verir ki, azarkeşlər qiyməti 1, 2, 5, 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri "Bakcell Arena” stadionlarının kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə edə bilərlər.

Qeyd edək ki, iyulun 18-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sperantsa” oyunu saat 21:00-da başlanacaq. İlk qarşılaşma “Neftçi”nin 0:3 hesablı qələbəsi ilə başa çatmışdı.