“Neftçi“ yeni transferlərini UEFA-ya sifariş etdi 

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ yeni transferlərini UEFA-ya sifariş etdi 

Sosial

26 İyul 2023 18:01 529


"Neftçi" yeni transferləri Mark Tamaşla Ervin Koffini UEFA-ya sifariş edib. 

Yenisabah.az-ın məlumatına görə, hər iki əcnəbi müdafiəçinin adı Bosniya və Herseqovina "Jelezniçar"ı ilə keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb. 

Əvəzində isə Serbiya "Partizan"ına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.  pizza sifarişi

Qeyd edək ki, "Neftçi" və "Jelezniçar" arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 3-ü Bakıda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!