“Neftçi”nin futbolçusuna İspaniyanın iki klubundan təklif gəldi

“Neftçi”nin futbolçusuna İspaniyanın iki klubundan təklif gəldi

İdman Veb saytların hazırlanması

17 Noyabr 2023 19:57 846


Millinin və “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov yeni təklif alıb.

Yenisabah.az xəbər verir ki, 2022-ci ilin yanvarında “ağ-qaralar”la 2,5 illik müqavilə imzalayan orta sahə oyunçusuna İspaniyadan dəvət gəlib.

Sequndanın iki klubu 2016-cı ildən yığmamızın şərəfini qoruyan İsrafilovun xidmətində maraqlıdır.

Eddinin karyerası bu ölkəylə bağlıdır. Öncəki illərdə “Real Mursiya”, “Ximnastik”, “Qranada”, “Eybar” və “Kordoba”nın forması geyinib. Onun son klubu “Albasete” olub./Sportinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!