“Neftçi”nin stadionunun adı dəyişdirildi: “Beşiktaş”la da orada oynayacaqlar – FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin stadionunun adı dəyişdirildi: “Beşiktaş”la da orada oynayacaqlar – FOTO

İdman

04 Avqust 2023 15:00 1816


“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun adı dəyişdirilib.

Bu barədə “ağ-qaralar”ın icraçı direktoru Fərrux Mahmudov özünün “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, arena artıq nə “Bakcell Arena”, nə də “8-ci km stadionu” adlanacaq. Stadionun yeni adı “Neftçi Arena” olacaq. Pepperoni pizza

F.Mahmudov UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la oyunun da həmin stadionda keçiriləcəyini bildirib. Bu addım azarkeşlərin istəyinə əsasən atılıb. Daha əvvəl “Neftçi”nin İstanbul klubunu Bakı Olimpiya Stadionunda qəbul etməsi planlaşdırılırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!